İqtisadiyyat

Ukraynadan taxıl daşınması üçün Macarıstandan TƏKLİF

Sharing is caring!

Ukrayna ərzaq məhsullarının Macarıstan ərazisindən daşınması təklif edilib.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Adi marşrutların pozulduğuna görə, Macarıstan Ukrayna taxılının ixracı üçün mümkün marşrut kimi öz ərazisini təklif edib”, – deyə o Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair çıxışında bildirib.

Qeyd etmək lazımdır ki, Rusiya işğalı səbəbindən Ukraynadan taxıl ixracı xeyli çətinləşir. Ukrayna dövləti Qara dənizdən taxıl daşıya bilmir.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Ukrayna hökuməti taxıl ixracı üçün Polşa və Rumıniyadan keçən iki marşrut hazırlayıb.

Mənbə: RBC-UKRAİNA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir