İqtisadiyyat

UNCTAD: “Türkiyə iqtisadiyyatında investisiya ilə bağlı müsbət tendensiya SOCAR ilə bağlıdır”

Sharing is caring!

Türkiyə iqtisadiyyatına 2021-ci ildə birbaşa xarici investisiyaların (BXİ) artım tendensiyası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki neft-qaz aktivləri üzrə layihələrin yenidən maliyyələşdirilməsi ilə bağlıdır.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) dərc etdiyi 2022-ci il Dünya İnvestisiya Hesabatında deyilir.

Türkiyə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar 2021-ci ildə 60 % artaraq 13 milyard ABŞ dollara çatıb, halbuki ötən iki ildə azalma müşahidə olunub.

Hesabata əsasən, ötən il Qərbi Asiyaya BXİ axını 59 % artaraq 55 milyard ABŞ dollara çatıb. Birləşmiş Ərəb Əmirlikləri 20 milyard ABŞ dolları sabit axınla ən böyük investisiya alıcısı olaraq qaldığı halda, Səudiyyə Ərəbistanında yatırımlar üç dəfədən çox artaraq 19 milyard ABŞ dollarına çatıb.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı ilin sonlarında Türkiyədə “SOCAR Turkey” törəməsini təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Turkey” qonşu ölkənin “Petkim Petrokimya Holding” – neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir.

“Petkim PetroKimya Holding A.Ş.” SOCAR-ın Türkiyədəki ən böyük aktividir. 2018-ci ildə SOCAR-ın 6,3 milyard ABŞ dollarlıq sərmayə yatırımı ilə reallaşdırdığı SOCAR Türkiyə Egey Rafinerisi olan STAR neft emalı zavodu istifadəyə verilib. “Petkim”in törəmə şirkəti olan “Petlim Limancılık Ticaret A.Ş” illik gücü 1,5 milyon TEU olmaqla Türkiyənin ən böyük 3 limanı sırasındadır və terminala 400 milyon ABŞ dolları civarında investisiya qoyulub.

SOCAR-ın bərpa olunan enerji sahəsində həyata keçirdiyi mühüm layihəsi PETKİM Külək Elektrik Stansiyası 51 MWT gücünə malikdir və layihəyə 55 milyon avro sərmayə qoyulub. Stansiya Türkiyənin ümumi enerji sisteminə bağlı olaraq, SOCAR-ın Əliağadakı enerji tələbatının təmin olunmasına da mühüm töhfə verəcək.

“SOCAR Turkey Energy” indiyə qədər Türkiyəyə 16,5 milyard ABŞ dolları vəsait qoyub və əsasən neft-kimya və qaz sektorlarına yeni investisiya qoyuluşları ilə bağlı danışıqlar aparır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir