İqtisadiyyat

Ölkəmizdəki aqroparklarda yeniliklər olacaq – FOTO

Sharing is caring!

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən inkişaf etmiş ölkələrin kənd təsərrüfatı sahəsində aparılan islahatların öyrənilməsi istiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq İZİA-nın əməkdaşı İspaniyada səfərdə olub, bu ölkənin kənd təsərrüfatı sahəsində ixtisaslaşan “PSB Production Vegetal” şirkətinin fəaliyyəti ilə tanış olub.

Şirkətə məxsus tez yetişən, məhsuldarlığı yüksək olan və daha çox gəlir gətirən nektarin, şaftalı və ərik sortlarının ölkəmizdə fəaliyyət göstərən aqroparklarda, xüsusən də “Yevlax Pilot Aqropak”da əkilməsi nəzərdə tutulur. Bu işlərin həyata keçirilməsində İspaniyadan olan mütəxəssislərin təcrübəsindən istifadə edilməsi planlaşdırılır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir