İqtisadiyyat

Vahid Ələkbərovun səlahiyyətlərinə xitam verildi

Sharing is caring!

Rusiyanın enerji nəhəngi “Lukoyl”un səhmdarları Azərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərovun şirkətin prezidenti səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.

Şirkətin yeni rəhbəri Vadim Vorobyov təyin edilib.

Qeyd edək ki, Vorobyov 20 ildən artıqdır ki, şirkətdə çalışır. Buna qədər o, şirkətin birinci icraçı vitse-prezidenti idi.

Xatırladaq ki, Vahid Ələkbərov “Lukoyl”un Direktorlar Şurasını və şirkətin rəhbəri vəzifəsini tərk edib. O, vəzifəsini tərk etməsinin səbəbi kimi Böyük Britaniya və Avstraliyanın fərdi sanksiyalarını göstərib və bildirib ki, bu, “Lukoyl”un işinə mane olur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir