İqtisadiyyat

SOCAR-dan Neft Emalı Zavodunun məşəl qüllələrindəki tüstülənmə ilə bağlı AÇIQLAMA

Sharing is caring!

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun məşəl qüllələrində hazırda baş verən tüstülənmə barədə məlumat yayıb.

Məlumatda deyilir:

“SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən modernizasiya və yenidənqurma işlərinin yekun mərhələsi icra edilir. Hazırda plana uyğun olaraq zavodun əsas texnoloji qurğularının istismara verilməsi prosesi həyata keçirilir.

NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu, qurğuların emal gücünə çatdırılması zamanı baş verə biləcək mümkün texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən karbohidrogen qarışıqları zavodun məşəl sistemlərinə göndərilir və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmə baş verir.

Bu tüstülənmə qurğular tam olaraq istismar həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir