İqtisadiyyat

Azərbaycan Sahibkarlar Konfederasiyası və Litva Sənayeçilər Konfederasiyası müqaviləsi imzaladı

Sharing is caring!

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva Biznes Forumu keçirilib.

Forumda, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Tədbir çərçivəsində, hər iki ölkə Prezidentlərinin iştirakı ilə Azərbaycan Sahibkarlar Konfederasiyası və Litva Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.

Sazişin əsas məqsədi hər iki ölkə iqtisadiyyatının müxtəlif sektorları üzrə ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsindən ibarətdir.

İmzalanan sənəd, Azərbaycan və Litva arasında ticarət, investisiya və xidmətlərə dair əməkdaşlığın təşviqi, iqtisadi əməkdaşlığın genişləndirilməsinə təsir göstərən maneələrin aradan qaldırılmasına müvafiq dəstəyin göstərilməsi, müxtəlif beynəlxalq iqtisadi təşkilatlarda, üçüncü ölkələrdə həyata keçirilən fəaliyyətlər zamanı tərəflərin bir-birini təşviq etməsi kimi məsələləri özündə ehtiva edir.

Bununla yanaşı, iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan-Litva İşgüzar Əməkdaşlıq Şurasının yaradılması haqqında məsləhətləşmələrin aparılmasına dair razılıq əldə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir