İqtisadiyyat

Aİ şirkətlərinin 14 faizi Azərbaycanın azad edilmiş ərazilərinə investisiya qoymağa hazırdır

Sharing is caring!

“Avropa İttifaqı (Aİ) ölkələrini təmsil edən şirkətlərin 80%-i Azərbaycan ilə biznes qurmağa hazırdır”.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda təqdim edilmiş “Aİ-də biznes mühiti” adlı hesabatda deyilir.

Hesabat ölkədəki biznes və investisiya mühiti, pandemiyadan sonra bərpa işləri və sairədən bəhs edən 25 sual əsasında tərtib edilib.

Hesabata görə, Aİ ölkələrini təmsil edən şirkətlərin 14%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına investisiya qoymağa hazırdır və artıq bu istiqamətdə fəaliyyət başlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir