İqtisadiyyat

Ekspert: “Son il yarım ərzində tikinti materiallarının qiyməti iki dəfədən çox artıb”

Sharing is caring!

Son günlərdə tikinti materialları bazarında dinamik qiymət artımı dayanıb.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, bir çox tikinti materiallarının qiymətlərində baş verən qiymət artımı ilin əvvəlinə nisbətən stabilləşib:

“Amma taxta və diktlərin qiymətində az da olsa artım müşahidə olunur. Başqa materiallarda qiymət artımı dayanıb. Son il yarım ərzində tikinti materiallarının qiyməti iki dəfədən çox artıb. Taxtanın kubu hazırda 470 manatdır. Diktlərin qiyməti isə qalınlığından aslı olaraq hər birində 2 manat artım müşahidə olunur. Diktlərdə qiymət artımının əsas səbəbi Ukraynada baş verən hadisələrdir. Ölkəmizə diktlər əsasən oradan gəlir”.

R.Osmanlı qeyd edib ki, tikinti mövsümünün başlaması taxtanın hər kubunda qiymətinin 20-25 manat arası artıra bilər. Bunun da əsas səbəbləri Rusiya və Ukrayna arasında gedən müharibə və həmin ölkələrin meşələrində baş verən yanğınlardır. Bu da ölkəmizə taxta idxalının azalmasına səbəb olur və qiymət artımını şərtləndirir:

“Bu proses tikinti materialları bazarında da artıq stabilləşməklə müşahidə edilir. Taxta və bəzi malların qiymətində azalma müşahidə olunur. Bütövlükdə ilin əvvəli ilə müqayisədə bəzi tikinti materiallarının qiymətində 30-35% artım var. Qiymətlərin artmasının səbəbi istehlak qiymətlərinin artımı, eyni zamanda, tələbatın artmasıdır”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir