İqtisadiyyat

Qida istehsalı üçün ətirli maddələrin qarışıqları gömrük rüsumundan azad olunub

Sharing is caring!

Qida məhsullarının sənaye istehsalı üçün istifadə edilən ətirli maddələrin qarışıqları və sənaye xammalı kimi istifadə edilən bir və ya daha çox belə maddələr əsasında qarışıqlar 15 faiz gömrük rüsumundan azad olunub.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.

Digər lipoproteinlipaza, aspergillus qələvi proteazası da idxal gömrük rüsumundan azad olunub.

Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir