İqtisadiyyat

Avropa bankı Azərbaycanda GES tikintisinə 51 milyon dollarlıq kredit ayıracaq

Sharing is caring!

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) BƏƏ-nin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) inkişafına, tikintisinə və sonrakı istismarına 51 milyon ABŞ dolları məbləğində uzunmüddətli üstün hüquqa malik kredit ayrılmasını təsdiq edib.

Oxu.Az AYİB-ə istinadən xəbər verir ki, ölkədə layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış “Masdar Azerbaijan Energy” MMC sözügedən layihədə borcalan qismində çıxış edir. BƏƏ-nin “Masdar” şirkəti isə layihənin sponsoru olacaq.

Qeyd edək ki, bir sıra digər beynəlxalq maliyyə institutlarının, o cümlədən Asiya İnkişaf Bankının da layihəyə dəstək verməsi gözlənilir.

Xatırladaq ki, ümumi dəyəri 240 milyon dollar göstərilən “Qaradağ” GES-də istehsal edilən enerji 110 min mənzili elektrik enerjisi ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 milyon kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısı alınacaq. GES-in 2023-cü ilin payızında istifadəyə veriləcəyi gözlənilir.

Bu il aprelin sonuna AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 33 layihə üzrə 823 milyon avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu günədək isə bank Azərbaycana 181 layihə üzrə 3,390 milyard avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,1%-i (2,917 milyard avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir