İqtisadiyyat

“Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək

Sharing is caring!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 20-22 may tarixlərində “Passage 1901”də istehsalla məşğul olan biznes subyektlərinin satış-sərgi yarmarkası – “Azərbaycan İstehsalçılar Festivalı 2022” keçiriləcək.

Yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır. 

Yarmarkada 150-yə yaxın biznes subyekti tərəfindən üç gün müddətində tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olunacaq. Tədbir çərçivəsində həmçinin öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil olunacaq, uğurlu iş adamları ilə təcrübə mübadiləsi imkanı yaradılacaq. 

Yarmarkada iştirak ödənişsizdir. Maraqlanan sahibkarlar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3MseR2K 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir