İqtisadiyyat

“Petkim” qlobal təsirlərə baxmayaraq, ilin ilk rübünü mənfəətlə başa vurdu – CƏDVƏL

Sharing is caring!

İlin ilk rübündə 1,8 milyard TL xalis mənfəət əldə edən “Petkim” qlobal təsirlərə baxmayaraq, istehsala fasiləsiz davam edib. 

Oxu.Az xəbər verir ki, Türkiyənin ən böyük xarici investoru “SOCAR Türkiye”nin törəmə müəssisələrindən olan “Petkim” 2022-ci ilin ilk rübünü 1,7 milyard TL ümumi, 1,8 milyard TL xalis mənfəətlə başa vurub.

“Petkim” qlobal miqyasda geosiyasi risklərə baxmayaraq, ilk rübdə uğurlu idarəçilik, yüksək məhsuldarlıq və STAR NEZ-in fasiləsiz xammal dəstəyi ilə cari ilə də uğurla başlayıb.

2022-ci ilin ilk rübündə valyuta təminatlı depozit sisteminin təsiri ilə nağd pul ehtiyatını gücləndirməyə nail olan “Petkim”, xərclərin artmasına baxmayaraq, istehsala fasiləsiz davam edib. İlk 3 aylıq dövrdə 11,4 milyard TL satış gəliri əldə edən “Petkim”in kommersiya satışları ümumi satışlarının 33%-ni təşkil edib. “Petkim” bu çətin dövrdə 258 milyon TL məbləğində korporativ gəlir vergisi ilə Türkiyə iqtisadiyyatı üçün iqtisadi dəyər yaratmağa davam edib.

ƏSAS GÖSTƏRİCİLƏR

2022-ci ilin I rübü

2021-ci ilin I rübü

Dəyişiklik

Fərq

2022-ci ilin I rübü ilə 2021-ci ilin I rübü arasında fərq

 2022-ci ilin I rübü ilə  2021-ci ilin I rübü arasında fərq

Xalis satışlar (milyon TL)

11421

5034

127%

6387

Ümumi mənfəət (milyon TL)

1675

1210

38%

465

Ümumi mənfəət marjası (%)

14,7%

24,0%

-9,4

 

Xalis mənfəət (milyon TL)

1753

892

97%

861

Xalis mənfəət marjası (%)

15,3%

17,7%

-2,4

 

EBITDA (milyon TL)

1603

1225

31%

378

EBITDA marjası (%)

14,0%

24,3%

-10,3

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir