İqtisadiyyat

Kredit faizlərinin hansı halda aşağı salına biləcəyi AÇIQLANDI

Sharing is caring!

Bu günlərdə Milli Məclisin deputatı Vüqar Bayramov kredit faizlərinin depozit faizlərindən çox olduğunu bildirdi. O qeyd edib ki, kredit faizlərinin təqribən 4 faiz azaldılması mümkündür.

Mövzu ilə bağlı Konkret.az-a danışan iqtisadçı eskpert Eldəniz Əmirov bildirib ki, Azərbaycanda inflyasiya həddinin 2 faiz olduğu vaxtlarda belə kredit faizləri kifayət qədər yüksək olub:

“Bank kredit faizlərinin yüksək olmasının özlüyündə müxtəlif səbəbləri var. Əsas səbəb cəlb edilən vəsaitlərin baha əldə olunmasıdır. Mərkəzi Bankın təyin etdiyi uçot dərəcəsi 7,75-dir. Hazırda inflyasiya həddi isə 12-13 faizdir. Bu göstəricinin getdikcə artacağı gözlənilir. Belə bir şəraitdə aşağı faizlərlə kreditlərin verilməsi praktik olaraq mümkün deyil. Kredit alan və verən tərəflərin zaman-zaman müxtəlif ziddiyyətli fikirlərinin şahidi oluruq. Kredit verən təşkilat gəlirlərin aşağı olmasından gileylənir. Müştərilər isə bahalıqdan narazıdır. Əslində hər iki tərəf özlüyündə haqlıdır. Belə ki, depozit faizləri kreditin faizlərinə bilavasitə təsir edir. 10 faiz həcmində depozit götürən banklar aşağı faizlə kredit verə bilməz. Çünki bankın əmanət və digər xərcləri də var”.

İqtisadçı bildirib ki, yalnız bir halda bank kredit faizləri aşağı salına bilər:

“İndiki dövrdə inflyasiyanı və Mərkəzi Bankın təyin etdiyi uçot dərəcəsini nəzərə alsaq kredit faizlərinin aşağı salınması mümkün görünmür. Sahibkarlığın inkişafına dəstək üçün aşağı faizlə müəyyən kreditlər verilir. Burada konkret istiqamətlər üzrə verilən kredit faizlərindən söhbət gedir. Lakin ümumilikdə kredit faizlərinin aşağı salınması real görünmür. Əgər inflyasiya yenidən 2-3 faizə qayıdarsa və milli valyutanın dayanıqlılığı möhkəmlənərsə depozit faizlərinin stabilləşməsinə gətirib çıxara bilər. Həmçinin, əlavə pul kütləsi cəlb edilərək əlavə dəyər yaratmaqla aktivliyi artırmaq olar. Bu halda kredit faizləri aşağı salına bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir