İqtisadiyyat

AZAL şefinin TENDER MƏNGƏNƏSİ… – İLGİNC GƏLİŞMƏ

Sharing is caring!

Azərbaycanda dövlət satınalmalarına nəzarət sahəsində mühüm hadisə baş verib.

Xəbəral.az FED.az-a istinadən xəbər verir ki, Antiinhisar və İstehlakçıların hüquqlarına nəzarət xidməti (həm də dövlət satınalmalarına nəzarəti həyata keçirir) «Azərbaycan Hava Yolları» QSC-nin – AZAL-ın qanunsuz tələbləri nəzərdə tutan tenderini ləğv edib.

Xatırladaq ki, «AZAL»ın sözügedən tenderi və burada nəzərdə tutulan qanunsuz və açıq-aşkar ayrı-seçkilik yaradan tələblər barədə FED.az məlumat vermişdi.

Söhbət şirkətin əməkdaşlarının il ərzində işə aparıb gətirilməsi üçün daşıma xidmətinin alınması ilə bağlı elan edilən tenderdən gedir.

“Azərbaycan Hava Yolları” QSC öz əməkdaşlarının 2022-ci il ərzində müəyyən olunmuş istiqamətlər üzrə avtobuslarla gündəlik işə/işdən daşınması xidmətlərinin satınalınması üzrə tender elan etmişdi.

Satınalma tenderi kifayət qədər iri həcmdə işləri əhatə edir – təklif ekdilən işlər qarşıdakı 1 il ərzində işçilərin Bakının müxtəlif ərazilərinə 48 istiqamətdə daşınmasını nəzərdə tutur. Üstəlik tenderdə iştirak haqqının məbləği də (450 manat) xidmətin həcminin p kifayət qədər böyük olduğunu göstərir.

Bununla bağlı ilk tenderdə «AZAL» tender elanında qanunsuz və açıq-aşkar ayrı-seçkilik yaradan, hətta konkret şirkətə ünvanlanın şərtlər tətbiq etmişdi.

Bildirilirdi ki, tender şərtlərinə əsasən, təkliflərin qiymətləndirilməsi zamanı şirkətlərin fəaliyyət müddəti nəzərə alınacaq. İllik təcrübə 10 ilәdәk olduqda şirkət 2 bal, 10-15 il olduqda 4 bal, 15-ildәn artıq olduqda isə 5 bal qazanacaq. Halbuki, şirkətin 10 illik təcrübəsi ilə 15 il və ya daha artıq təcrübəsinin olmasının nə üçün vacib olduğu açıqlanmırdı.

Digər əsas şərt hansı ki, açıq-aşkar hansısa şirkətə uyğun tətbiq edilmişdi: tenderə qatılmaq istəyən iddiaçıların digər hava yolları şirkətləri (avişirkətlər) ilə iş təcrübəsi olmalıdır. Belə ki, tenderə o şirkət qatıla bilər ki, indiyədək azı 3 aviaşirkətlə iş təcrübəsi olsun. Halbuki tenderə əsasən AZAL-ın işçilərinin işə təyyarədə deyil, adi avtobuslarla aparılıb gətirilməsi nəzərdə tutulurdu.

Əgər AZAL-ın daşınacaq əməkdaşları xüsusi geyimdə, məsələn kosmonatvlar kimi skafandırlarda olsaydı və onlar üçün avtobuslarda xüsusi yerlər tələb olunsaydı və ya onların daşınması üçün hermetik avtobuslar tələb olunsaydı bu şərtlərin vacibliyini anlamaq olardı.

Digər tərəfdən hazırda Azərbğaycanda aktiv fəaliyyətdə olan cəmi 4-5 aviaşirkət mövcuddur. AZAL-ın apardığı siyasəti və hökumətin buna açıq-aşkar göz yumması səbəbindən ölkədə real özəl avişirkət demək olarp ki, mövcud deyil. Mövcud olanlar «AZAL», «Buta» və «Silk vey» şirkətləridir. Belə çıxır ki, AZAL-ın tenderində 3 şirkət şərtinə əməl edən şirkət hökmən indiyədək bu şirkətlərlə əməkdaşlıq etməli idi.

Beləliklə bu şərtlər digər oyunçuları diqqətdən kənarda saxlamaq məqsədi daşıyırdı. Yeri gəlmişkən, hələ ilk tender alan ediləndə AZAL-ın özündə bu şərtlərin nə üçün tətbiq edildiyini izah edə bilməmişdilər.

Amma Antiinhisar və İstehlakçıların hüquqlarına nəzarət xidməti tender şərtlərinin qanunsuz olduğunu AZAL-a izah edə bilib. Nəticədə tender ləğv edilib və artıq yeni tender elan olunub.

Sənədlərin qəbulu fevralın 25-də başa çatacaq tenderdə nə 3 aviaşirkət tələbi, nə də uzunmüddətli iş təcrübəsi tələb olunmayacaq. Tender standart şərtləri nəzərdə tutur və ilk baxışdan burada əksər nəqliyyat şirkətləri iştirak edə bilər.

Yeni tenderin şərtləri – Açıq tender(eTender)

Satınalan təşkilatın adı: “AZƏRBAYCAN HAVA YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

Satınalan təşkilatın VÖEN-i: 9900000831

Satınalan təşkilatın ünvanı: Bakı şəh.,Binə qəsəbəsi,Heydər Əliyev Beynəlxalq Aeroportu

Tender predmeti: “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşlarının 12 ay ərzində müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik işə/işdən daşınması xidmətlərinin satınalınması
Musabiqənin adı: “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşlarının 12 ay ərzində müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik işə/işdən daşınması xidmətlərinin satınalınması

“Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşlarının 12 ay ərzində müəyyən olunmuş istiqamətlər üzrə avtonəqliyyat vasitələri ilə (avtobuslarla) gündəlik işə/işdən daşınması xidmətlərinin satınalınması

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə ” düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

ÇATDIRILMA YERİ
AZ 1044, Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu

ÇATDIRILMA MÜDDƏTİ
12 ay ərzində

ÇATDIRILMA ŞƏRTLƏRİ
DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ
Xidmətlər üzrə təhvil-təslim aktı imzalandıqdan sonra 15 bank günü ərzində həyata keçiriləcək

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

TƏLƏB OLUNAN SƏNƏDLƏR
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı və hüquqi statusunu əks etdirən sənədlərin ( nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə,reyestrdən çıxarış) surəti .

Tələb olunan sənəd təqdim olunmadığı təqdirdə xidmətgöstərən iddiaçı kimi qeydə alınmayacaqdır

İddiaçının bank rekvizitləri

Tələb olunan sənəd təqdim olunmadığı təqdirdə xidmətgöstərən iddiaçı kimi qeydə alınmayacaqdır

İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

Tələb olunan sənəd təqdim olunmadığı təqdirdə xidmətgöstərən iddiaçı kimi qeydə alınmayacaqdır

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;

Tələb olunan sənəd təqdim olunmadığı təqdirdə xidmətgöstərən iddiaçı kimi qeydə alınmayacaqdır

İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

Tələb olunan sənəd təqdim olunmadığı təqdirdə xidmətgöstərən iddiaçı kimi qeydə alınmayacaqdır

İddiaçının mikro, kiçik, orta sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;

Tələb olunan sənəd təqdim olunmadığı təqdirdə xidmətgöstərən iddiaçı kimi qeydə alınmayacaqdır

Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

Tələb olunan sənəd təqdim olunmadığı təqdirdə xidmətgöstərən iddiaçı kimi qeydə alınmayacaqdır

İxtisas göstəriciləri:
İxtisas göstəriciləri haqqında məlumat

Əsas şərtlər toplusunun “İxtisas göstəriciləri haqqında məlumat” forması tələb olunan məlumatlar yazılmaqla və sənədlər əlavə edilməklə təqdim olunmalıdır.

Qeyd olunmuş prosedurlar üçün mətn

TENDER TƏKLİFİ
Texniki təklif: 30 bal

Ödəniş şərtləri 30

Ödəniş şərtləri–Xidmət üzrə ödəniş mərhələli şəkildə aparılacaqdır. Avans tələb olunduğu halda – 30 % – 1 bal, 20 % – 5, 10%- 10 bal, Tələb olunmur – 30 bal ilə qiymətləndiriləcək

Qiymət təklifi:: 70 bal

Tender təklifinin qiymətinin təsviri 70

Qiymət təklifinə bütün xərclər daxil olmalıdır.

Tender təklifinin qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir

Tender təklifinin təminatının məbləği

Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir

Tender təklifinin təminatının qüvvədə olma müddəti

Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır

Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı

Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 2 faizi həcmində müəyyən olunur. Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır. Açıq tenderin keçirilməsi zamanı qiyməti 100 000 ABŞ dollarının manat ekvivalentindən az olan satınalma müqaviləsi ilə bağlı həmin müqavilənin yerinə yetirilməsinin təminatı tələb olunmur.

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Cavanşir Babayev Hava Limanlarının İstismarı Baş İdarəsinin Xüsusi Avtomobil Nəqliyyatı İdarəsinin mühəndisi [email protected] (99412) 497-26-00, Əlavə (23-19), (35-21);
Tələb olunan iddiacıların sayı: 3
• məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür; • satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır; • Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır. Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir. Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir