İqtisadiyyat

“Leo Bank” müştərisinin CİBİNƏ GİRİR – GİLEY

Sharing is caring!

24 dekabr yatıram və səhər durub baxıram ki, gecə saat 2-də xarici bir mənbədən “Leobank” kartımdan 2 dəfə pul çıxılıb. Hansı ki, mən öz kart məlumatlarımı Trendyoldan başqa heç bir yerə daxil etməmişəm”. DİA.AZ bildirir ki, bu barədə “Müştərinin Səsi” sosial qrupunda Məhəmmədli İsmayılov adlı istifadəçi giley edir:



Daha sonra narazı vətəndaş yazır: “İş orasıdır ki, kart balansım sıfırlanana kimi bu proses davam edir. Yəni ki, 176 manat da olsa, 10000 də olsa, 100000 də olsa hamısı çıxılacaqdı. Artıq 1 həftə idi ki, məlumat vermirdilər. Bayaq yenidən zəng etdim, geridönüş edib deyirlər ki, ödənişi özün etmisən. Son aylarda Leobank yaxşı marketinq siyəsəti aparmağa çalışır. Amma birinci security-lərinə fikir versələr daha yaxşı olar. Bank sisteminin ən birinci fikir veməli olduğu məqam budur onsuz. Biabırçılıq. Leobank-ın yerinə mən utanıram.
Nəticə:
Leobank kartınızda qətiyyən pul saxlamayın. Bir səhər oyanacaqsınız ki, hamısı göylərə uçub”.





İddia olunanlarla bağlı Xəbəral.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir