İqtisadiyyat

Amrahbank faiz gəlirlərini 5 dəfədən çox artırıb

Sharing is caring!

Amrahbank ASC ilk öncə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edir və bildirir ki, 26 ildir Azərbaycan maliyyə bazarında uğurla fəaliyyət göstərən Amrahbank ASC 2019-cu ilin son 5 ayı ərzində də bəzi maliyyə göstəricilərində də müsbət nəticələrə nail olmuşdur. Belə ki, 2019-cu ilin 5 ayı ərzində Amrahbank ASC-nin faiz gəlirləri 2018-ci ilin 5 ayı ilə müqayisədə 3,2 dəfədən çox artaraq 10 milyon 488 min manat təşkil etmişdir.

Unikal.org xəbər verir ki, əməliyyat gəlirləri müvafiq dövrlə müqayisədə 3 milyon 104 min manatdan çox olmuşdur. 2019-cu ilin 5 ayı ərzində haqq və komissiya gəlirləri isə ötən ilin 5 ayı ilə müqayisədə 16,14% artaraq 1 milyon 530 min manat təşkil etmişdir.

2019-cu ilin 5 ayı ərzində Bankın kredit portfeli 2018-ci ilin 5 ayı ilə müqayisədə 9 milyon 938 min manat artaraq, 2019-cu ilin 5 ayında 119 milyon 492 min manat təşkil etmişdir.

Hər bir bankda olduğu kimi “Amrahbank”ın fəaliyyətində də müştəri etimadı faktorunun göstəricisi kimi depozit portfeli müstəsna əhəmiyyət kəsb edir. Belə ki, 2019-cu ilin 5 ayı ərzində “Amrahbank”ın cəlb olunmuş vəsaitlərində də artım müşahidə olunmuşdur. 2019-cu ilin 5 ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin əmanətlərinin həcmi də 13%-ə qədər artmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir