İqtisadiyyat

Azərbaycanda KOB inkişafı mərkəzləri yaradılacaq

Sharing is caring!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkədə kiçik və orta biznes (KOB) inkişafı mərkəzlərin yaradılması istiqamətində işlərə start verib.

“APA-Economics”in məlumatına görə, bunu “Təhsil Biznes Forumu – mövcud vəziyyət və perspektivlər” adlı tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu mərkəzlər elm və təhsil müəssisələri ilə KOB subyektləri arasında körpü rolunu oynamaqla, elmi yeniliklərin biznesə inteqrasiyasını və biznesin ehtiyaclarını isə təhsil müəssisələrinə çatdırılmasını təşviq edəcək.

“Bu çərçivədə KOB inkişaf mərkəzlərini özəl təhsil müəssisələrinin iştirakı ilə formalaşdırmaq mümkündür, bu istiqamətdə Agentlik təklifləri qəbul etməyə açıqdır”, – deyə O. Məmmədov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir