İqtisadiyyat

Salyan rayonu Babazanlı yaşayış massivində asfalt yol çəklişinə başlanıb.

Sharing is caring!

Bu gün Azərbaycan güclü bir dövlət kimi bütün dünyada söz sahibidir. Bunu ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən, həyata keçirilən uğurlu layihələrdən, görülən məqsədyönlü tədbirlərdən aydın şəkildə görmək olur. Günü-gündən inkişaf edən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunun əyani sübutudur.
Salyan rayonunda da yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü işlər ildən-ilə artır.
XəbərAl.az xəbər verir ki , bu gün Salyan rayonunun Babazanlı yaşayış massivində asfalt çəkilişləri baş tutmuşdur.
Rayon rəhbərliyi görülən işlərlə tanış olduqdan sonra bəzi tapşırıq və tövsiyələrini verib, işlərin keyfiyyətlə aparılmasını və vaxtında başa çatdırılmasını qeyd edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir