Oxşar Xəbərlər
Prezidentin fərdi təqaüdünün məbləği 1500 manata çatdırıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Fərmanla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 1500 manat müəyyən edilib. […]
Alimpaşa Məmmədov işində Rövşən Əkbərov və Şəbnəm Tovuzlunun həyat yoldaşı Famil Xəlilov detalı
Alimpaşa Məmmədov işində Rövşən Əkbərov və Şəbnəm Tovuzlunun həyat yoldaşı Famil Xəlilov detalı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun ittiham olunduğu cinayət işlərinin motivi məlum olub. “Xəbəral.az” xəbər verir ki, A.Məmmədovun həbsi üçün səbəblərdən biri də rayonda aparılan qanunsuz tikililər, şəhərin baş planına uyğun olmayan, tikinti normativlərinin pozulduğu binalarin tikintisinə qanunsuz […]
Azərbaycan komandası bədii gimnastika üzrə dünya çempionatında tarixi uğura imza atdı
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb. “Report”un məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət kollektiv fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandasının dünya çempionatında qazandığı ilk nailiyyətdir. Xeberal.az