İqtisadiyyat

“Loqos” da şair Vaqif Bəhmənli ilə görüş keçirilib.

Sharing is caring!

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Milli Ensiklopediyanın direktor müavini, əməkdar mədəniyyət işçisi, şair Vaqif Bəhmənli ilə görüş keçirilib. Görüşdə “Loqos” PNİM-in rəhbəri Təranə Məmmədova, “525-ci qəzet” in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli, şairlər Ağacəfər Həsənli, Maarif Soltan, şairin ailə üzvləri və gənclər iştirak ediblər. Əvvəlcə görüşün aparıcısı, PXTİB-in “Gənclərlə iş” şöbəsinin rəhbəri Həlimə Tağıyeva şairin yaradıcılığı haqqında geniş məlumat verib. Sonra qonaqları salamlayan “Loqos” PNİM-in rəhbəri Təranə Məmmədova bu cür tədbirlərin “Loqos” da keçirilməsinin adət halına çevrildiyini diqqətə çatdırıb. Natiq bildirib ki, ziyalılarımıza dəyər vermək, onların yaradıcılığını gənc nəsillərə aşılamaq hər birimizin əsas vəzifəsi olmalıdır. Çıxış edən qonaqlar şairin yaradıcılığı haqqında geniş danışaraq bildirdilər ki, onun yaratdığı əsərlər hər zaman gələcək nəsillərin yaddaşında yaşayacaqdır. İki saatlıq görüş boyunca ekranda Vaqif Bəhmənliyə həsr edilən “Regionun fəxri” sənədli telefilmi nümayiş olunub. O cümlədən, PXTİB-nin fəal gəncləri tərəfindən şairin yaradıcılığı nümayiş edilib. Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbinin musiqi nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb. Tədbirdə yekun olaraq son söz şairə verilib. Çıxış edən Vaqif Bəhmənli onun yaradıcılığına verilən dəyərə görə tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. Şairin səsləndirdiyi şeirlər hər kəsdə xoş anlar yaşatdı. Gənclərin suallarını cavablandıran şair onlara öz kitablarını imzalayaraq hədiyyə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir