İqtisadiyyat

Ölkəmizdə su ehtiyatları peyk təsvirləri vasitəsilə tədqiq ediləcək

Sharing is caring!

“Azərkosmos”da “Virtual Azerbaijan Group of Companies”in təşəbbüsü ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.

Qurumdan verilən məlumata əsasən, görüşün əsas məqsədi Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri vasitəsilə tədqiqatı, yeraltı su qaynaqları haqqında əldə olunan məlumatın analizi və düzgün şəkildə emalı olub.

Tərəflər ölkəmizin su ehtiyatlarının peyk təsvirləri və 16 müxtəlif parametr üzrə tədqiq edilməsi barədə müzakirələr aparıblar.

Qeyd edilib ki, hazırda ölkəmizdə yeraltı su ehtiyatlarını təyin etmək üçün ənənəvi üsullardan istifadə olunur. Bu isə həm zaman, həm də maliyyə baxımından artıq resurs tələb edir.

“Azersky” peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ölkəmizdə su ehtiyatlarının, xüsusilə yeraltı suların yerini 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq. Bu da öz növbəsində ölkəmizdə su ehtiyatları və onların səmərəli istifadəsinə gətirib çıxaracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir