İqtisadiyyat

Qafqazın ən uzun avtomobil tunelinin inşasına başlanacaq

Sharing is caring!

Gürcüstanda Qafqazın ən uzun avtomobil tuneli olacaq 9 km uzunluğundakı Kveşeti-Kobi tunelinin inşasına yazda başlanacaq.

XəbərAl.az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin birinci müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, tunelin inşası üçün lazım olan 15 metr diametrli qazma qurğusu artıq Gürcüstana gətirilib və yazda tikinti işlərinə start veriləcək.

M. Tskitişvili qeyd edib ki, bu il nazirliyin büdcəsi rekord həddə artırılaraq 2,367 mln. lariyə (716 187 593 dollar) çatdırılıb və bu vəsaitin böyük hissəsi beynəlxalq magistral yolların tikintisinə sərf ediləcək. Nazirin sözlərinə görə, Rikoti və Şərq-Qərb magistral yollarının inşası tamamlandıqdan sonra Tbilisidən Batumiyə gediş 3,5 saata qədər enəcək. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir