İqtisadiyyat

İranla Azərbaycan arasında yeni dəmiryolu terminalı inşa ediləcək

Sharing is caring!

Tezliklə İranla Azərbaycan arasında İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryolu terminalının inşası başlayacaq.

XəbərAl.az xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib.

Ə.Behnamcunun sözlərinə görə, dəmiryolu terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.

O, əlavə edib ki, Ərdəbil-Parsabad dəmiryolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb:

“Azərbaycanın dəmiryolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryolu çəkiləcək”.

Vali deyib ki, dəmiryol terminalı vasitəsi ilə İranın Ərdəbil vilayətinin Azərbaycan, Rusiya və Orta Asiya ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracı artacaq:

“Bu terminal və iki ölkə arasında birgə sənaye parkının yaradılması ilə bölgədə investisiya imkanları artacaq”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir