İqtisadiyyat

Bu dövlət qurumu yarım milyonluq müqavilə bağladı – İnternet xidməti üçün

Sharing is caring!

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi dəyəri yarım milyon manatdan çox olan tenderə yekun vurub.

XəbərAl.az xəbər verir ki, qalib gələn şirkətlə müqavilə bağlanıb. Müqaviləyə görə, tenderi udan “Delta Telekom LTD” MMM dövlət qurumuna internet xidməti göstərəcək və ya göstərib. 

Ona görə “və ya göstərib” kimi qeyd edirik ki, bu xidmətin başlanma tarixi elektron satınalma portalında 2020-ci il may ayının 22-i, bitmə tarixi isə 2020-ci il dekabr ayının 30-u olaraq göstərilir. Xidmətə görə isə nazirliyin idarəsi “Delta Telekom”a 502 230 manat pul ödəyəcək.

Bu dövlət qurumu yarım milyonluq müqavilə bağladı - İnternet xidməti üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir