İqtisadiyyat

Azərbaycan bu masadan nə qazandı? – “Əgər Rusiya mane olsa…”

Sharing is caring!

Moskva görüşündə əsas məsələ regionda kommunikasiyaların açılması oldu. Hər bir tərəfin bu məsələdə öz maraqları var”.

XəbərAl.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. O ilk əvvəl Rusiyanın maraqlarından söz açıb:

“Rusiya uzun illərdir ki, Ermənistana quru yolu ilə bağlı problem yaşayır və bu məsələdə Gürcüstandan tam asılı vəziyyətdədir. Öz hərbi bazalaranın təhcizatı üçün hava yolu çox bahalıdır, sərfəli də deyil, çünki yük həcmi böyükdür, hava yolu ilə daşımaq olmur. İndi Azərbaycan üzərindən Ermənistana dəmir yolu ilə istədiyi yükü göndərib qəbul edə biləcək”.

Azərbaycanın marağına gəldikdə isə Natiq Cəfərli bildirib  ki, Naxçıvanla əlaqələr bərpa olunacaq, deməli, bu məsələdə İrandan asılılıq azalacaq, həm də Türkiyə – Orta Asiya iqtisadi yolunun əsas logistik mərkəzi Azərbaycan olacaq:

“Bura Avropa və ya Britaniyanın Türkiyə üzərindən Orta Asiya yolunu da əlavə etsək, mənzərə tam olur. İran da dünyaya açılacaq, bu mənada Azərbaycan İrana yatırım və İrana/İrandan yükdaşımalarının qapısı rolunu oynaya biləcək. Siyasi anlamda isə Türk Cümhuriyyətlərinin bağı yaranır”.

Eksper vurğulayıb ki, Ermənistanın marağı iqtisadi və logistik blokadadan çıxmaq, Türkiyə ilə də sərhədləri açmaqdır:

“Ermənistanın da dünyaya açılmağın yolu Türkiyədir, Türkiyə ilə yaxınlaşmanın yolu isə Azərbaycandan keçir, başqa alternativ yoxdur”.

Təhlükələr haqqında da söz açan siyasətçi diqqətə çatdırıb ki, Naxçıvan (Meğri) dəhlizinə tam Rusiya nəzarət edəcək, bu, müəyyən diskonfort yaradır, amma bunun neytrallaşdlrma yolu da var:

“Rusiya – Ermənistan dəhlizinə də biz nəzarət edəcəyik, bizim üzərimizdən keçəcək. Əgər Kreml o dəhlizin normal işləməsinə mane olacaqsa, əvəzində Rusiya-Ermənistanın dəhlizində maneələr görəcək”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir