İqtisadiyyat

Kirayə ödənişi etməklə qaldığı evi satın almaq istəyənlərə ŞAD XƏBƏR

Sharing is caring!

Satmaq öhdəliyi ilə kirayə mənzillərin siyahısı genişləndirilib. 

İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata əsasən, ötən müddət ərzində Fondun razılıq barədə qərarını əldə edən 397 vətəndaş artıq mənzil seçimini edib və onlardan 381-i ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb.

Bildirilib ki, hazırda Fondun balansında Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda vətəndaşların mənzil ehtiyaclarına uyğun 1, 2, 3 və 4 otaqlı kirayə mənzillər mövcuddur. Vətəndaşların tələbi nəzərə alınaraq Fond tərəfindən Sumqayıt şəhərində satmaq öhdəliyi ilə kirayə təklif edilən yaşayış sahələrinin siyahısı bir qədər də genişləndirilib.

Belə ki, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Bağça Şəhər” yaşayış kompleksi üzrə siyahıya əlavə 80 mənzil daxil edilib.

Fond tərəfindən satmaq öhdəliyi ilə kirayə təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərinə yaxın komplekslərdən ibarətdir. Komplekslərdə yerləşən bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq, kombi isitmə sistemi, su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

Satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış mənzilləri haqqında əlavə məlumatı keçid vasitəsilə əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir