İqtisadiyyat

Azərbaycan Şərq Tərəfdaşlığı üzrə Biznes Günlərində iştirak edəcək

Sharing is caring!

Azərbaycan Şərq Tərəfdaşlığı üzrə Biznes Günlərində təmsil olunacaq.

XəbərAl.az xəbər verir ki, panel müzakirələrə 14 dekabrda start veriləcək.

Müzakirələrdə əsas mövzu Avropa İttifaqı ölkələri ilə Şərq Tərəfdaşlığı ölkələri arasında iqtisadi əməkdaşlıq perspektivləri olacaq. Şərq Tərəfdaşlığının on illik fəaliyyət dövründən sonra tərəfdaş ölkələrin iqtisadi baxımdan hansı irəliləyişlər əldə etdiyi, Avropa İttifaqı ölkələri və şirkətləri ilə iqtisadi əməkdaşlıq perspektivləri də müzakirə mövzusuna çevriləcək.

Eləcə də, tərəfdaş ölkələrin Avropa dəyər zəncirinə necə daha yaxşı inteqrasiya oluna biləcəyi, ixrac imkanlarını necə artıracağı və ölkədəki investisiya şərtlərini necə daha cəlbedici edə biləcəyi suallarına cavab veriləcək.

Yekun panel müzakirələri 17 dekabr 2020-ci il tarixində baş tutacaq. Yekun müzakirələr zamanı ikitərəfli təcrübə mübadiləsi aparılacaq və Şərq Tərəfdaşlığı ölkələrinin iqtisadi komponentlərinin gücləndirilməsi üçün tövsiyələr hazırlanacaq. Qapanış sessiyasında müvafiq mövzular Aİ ölkələri, Avropa Komissiyası və biznes dünyasının yüksək vəzifəli şəxsləri tərəfindən müzakirə ediləcək.

Azərbaycan panel müzakirələrə 14 dekabr tarixində qoşulacaq. Ölkəmizin adından açılış nitqi Avropa Birliyinin Azərbaycandakı nümayəndə heyətinin sədri Kestutis Yankauskas və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tərəfindən ediləcək.

Həmçinin, tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov da iştirak edəcək. Eləcə də, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman, ASAN Xidmət və “Bir Pəncərə” layihəsinin nümayəndələri də panel müzakirələrə qoşulacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir