İqtisadiyyat

ASA Türkiyə Sığorta Birliyi ilə rəsmi əməkdaşlığa başladı

Sharing is caring!

Azərbaycan Sığortaçılar Assosiasiyası Türkiyənin sığorta sektoru üzrə requlyatoru olan Türkiyə Sığorta Birliyi ilə rəsmi əməkdaşlığa başlayıb.

ASA-dan verilən məlumata görə, bununla əlaqədar yaxın günlərdə iki qurum arasında memorandum imzalanıb.

Memoranduma əsasən, iki qurum, ikitərəfli münasibətlərin təşkili, iki ölkə arasında sığorta sahəsində kadr və təcrübə mübadiləsinin həyata keçirilməsi, Azərbaycanın sığorta bazarında yeni məhsul strategiyasının formalaşdırılmasında Türkiyə təcrübəsindən istifadə və Türkiyənin təkrar sığorta təcrübəsinin Azərbaycanda tətbiqi üçün addımların atılması istiqamətində razılığa gəlib.

İkitərəfli əməkdaşlıq və birgə fəaliyyət çərçivəsində həyata keçiriləcək layihələrdən biri də post-pandemiya dövründə türk dünyası ölkələrinin birgə sığorta forumunun məhz bu iki qurumun təşəbbüskarlığı və təşkilatçılığı ilə həyata keçirilməsindən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir