İqtisadiyyat

Bakıdan Kiyevə çarter reysləri açılır

Sharing is caring!

“Ukraynanın Beynəlxalq Hava Yolları” Bakıdan Kiyevə çarter reysləri yerinə yetirəcək.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, “Ukraynanın Beynəlxalq Hava Yolları” aviaşirkəti Bakı-Kiyev marşrutu üzrə üç çarter reysi yerinə yetirəcək. Uçuşlar dekabrın 14-dən 28-dək  həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək.

Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

Qeyd edilən çarter uçuşları yalnız Ukrayna vətəndaşlığı və ya Ukraynaya giriş hüququ olan, həmçinin COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir