İqtisadiyyat

“Azərsu” 2 milyon manatlıq müqavilə bağlayıb

Sharing is caring!

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2 milyon manat həcmində müqavilə bağlayıb.

Xəbəral.az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, “Azərsu” ASC 11 noyabr tarixində elan etdiyi açıq tendərə yekun vurub.

Belə ki, ASC su sərfölçən cihazların quraşdırılmasına lazım olan mal və materialların satınalınması üzrə “Universal Pro” MMC ilə müqavilə imzalayıb.

Şirkət tərəfindən müqavilə üzrə satınalmanın təmin edilməsinə görə 2 milyon 80 min 610 manat sərf olunacaq.

Qeyd edək ki, “Universal Pro” MMC 1998-ci ildən fəaliyyət göstərən, inşaat bazarı və neft-qaz sənayesində istifadə olunan materialların satışı ilə məşğul olan şirkətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir