İqtisadiyyat

“Azərsu” Hövsan Aerasiya Stansiyasındakı işlərə 2,1 milyon sərf edəcək

Sharing is caring!

“Azərsu” ASC Hövsan aerasiya stansiyası üzrə görüləcək işlərlə bağlı açıq tenderinə yekun vurub.

XəbərAl.Az-ın dövlət satınalmaları portalından əldə etdiyi məlumata əsasən, müsabiqənin qalibi “AzELMAŞ” Elmi Texniki Firması olub.

“Azərsu” ASC şirkətə Hövsan Aerasiya Stansiyasında çatışmazlıqların aradan qaldırılması üçün görüləcək işlərin və mal-materialların satın alınmasına görə 2 milyon 128 min 699 manat həcmində ödəniş edəcək.

Qeyd edək ki, “AzELMAŞ” 1993-cü ildən fəaliyyət göstərən müxtəlif təyinatlı mexaniki, elektrik, hidravliki intiqallı qurğu və avadanlıqların layihələndirilməsi, hazırlanması, quraşdırılması işlərini həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.