İqtisadiyyat

Naturelgaz” şirkəti “SOCAR Türkiyə”nin paylama əməliyyatlarını 6,5 milyon manata satın alıb

Sharing is caring!

“Naturelgaz” şirkəti “SOCAR Türkiyə”-nin LNG (maye qaz) və CNG (sıxışdırılmış təbii qaz) paylama əməliyyatlarını satın alıb.

XəbərAl.Az-ın Qlobal İnvestisiya Holdinqindən əldə etdiyi məlumata əsasən, “Naturelgaz” şirkəti satınalma haqqı olaraq nağd şəkildə 32 milyon 411 min 12 lirə, təxminən, 6 milyon 482 min 216 manat ödəniş edib.

Qeyd edək ki, “Naturelgaz” şirkəti SOCAR Türkiye LNG-nin müvafiq paylama əməliyyatları üzrə satın alınan hissələrin ötürülməsi ilə bağlı müqaviləni 6 fevralda imzalayıb. Lakin, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu “Təbii Qaz Bazarı haqqında Qanun”a müvafiq olaraq müqaviləni təsdiqləməyib. Bununla bağlı olaraq alıcı tərəf müqaviləyə qanunla müvafiq dəyişiklikləri etdikdən sonra səhmlərin transferi həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir