İqtisadiyyat

Amerika Ticarət Palatası Qarabağda separatçı rejimə göstərilən maddi dəstəyi qınayır

Sharing is caring!

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ölkənin ən böyük ticarət birliyi olaraq Azərbaycanın işğal olunmuş ərazilərində aparılan iqtisadi fəaliyyətləri, eləcə də, Qarabağdakı separatçı rejimə göstərilən hər hansı maddi və digər formada dəstəyi qınayır.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasından məlumat verilib.

Bildirilib ki, AmCham bu cür qanunsuz fəaliyyət göstərən bütün şəxsləri və şirkətləri şiddətlə qınayır:

“Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən təşkilatlarla birbaşa və ya dolayısıyla işgüzar əlaqələrin qurulmasının qəbuledilməz olduğunu da qeyd edirik.

Dağlıq Qarabağ bölgəsində və Azərbaycanın işğal olunmuş digər ərazilərində bu cür fəaliyyətlə məşğul olan şəxs və şirkətlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, eləcə də, milli və beynəlxalq qanunları pozduqlarına görə hüquqi məsuliyyət daşıyırlar.

Hər bir şəxsi və şirkəti Azərbaycanın müvafiq qanunlarına və beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, habelə, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağa çağırırıq”, – deyə bəyanatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.