İqtisadiyyat

Azərbaycanda xarici vətəndaşların apardığı əməliyyatların həcmi azalıb – FOTO

Sharing is caring!

2020-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25,6 milyon manat təşkil edib.

XəbərAl.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

2020-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 354,2 milyon manatlıq əməliyyat aparıb.

Bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir