İqtisadiyyat

Azərbaycanda “Android”in bazardakı payı azalıb

Sharing is caring!

Azərbaycanda “Windows”un bazardakı payı artıb.

Xəbəral.az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, oktyabr ayında “Windows” istifadəçilərinin sayı 46,57 faiz təşkil edib.

Ötən ay “Android” istifadəçilərinin sayı “Windows” istifadəçilərinin sayından çox olsa da, oktyabrda “Android” birinciliyi əldən verərək ikinci yerdə qərar tutub.

Oktyabr ayında bazarda “Android” istifadəçilərinin sayı 36,63 faiz təşkil edib. Sentyabr ayında bu göstərici 44,84 faiz olub.

İOS istifadəçiərinin sayında cüzi də olsa artım var. Oktyabr ayında İOS istifədəçilərinin sayı 10,31 faiz təşkil edib. Bu göstərici sentyabrda daha az – 7,88 faiz olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.