İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatları artıb – Rüstəmov

Sharing is caring!

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb.

XəbərAl.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3,4 faiz artıb.

E.Rüstəmov bildirib ki, ilin əvvəlindən Azərbaycanın xarici ticarət balansı profisitdədir və bu da strateji valyuta ehtiyatlarının qorunması üçün şərait yaradır.

Mərkəzi Bank sədri əlavə edib ki, Azərbaycanın işğal olunmuş əraziləri tam azad olunduqdan sonra orada bank şəbəkəsi yaradılacaq və bu ərazilər ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir