İqtisadiyyat

Dünyanın ən zəngin neft şirkəti səhmlərini satışa çıxara bilər

Koronavirus pandemiyası enerji sənayesinə böyük təsir göstərib və aparıcı oyunçuları bizneslərini dəyişdirməyə məcbur edib.

CNN xəbər verir ki, bunlara dünyanın ən böyük və zəngin neft istehsalçısı olan “Saudi Aramco” da daxildir.

Xammal qiymətlərinin çökməsi və tələbin azalması səbəbindən şirkət görünməmiş bir addım ata bilər: bir çox layihədən imtina edib səhmlərinin bir hissəsini satmaq.

Neftin qiyməti barədə proqnoz istehsalçı üçün böyük problem olaraq qalır, çünki “Brent” fyuçersləri hələ ilin əvvəlinə nisbətən 33 faiz aşağıdır. Aprel-iyun aylarında neft nəhənginin xalis mənfəəti 73 faiz azalıb (6,6 milyard dollara qədər).

Xaricdə pandemiyadan əvvəl bağlanan və böyük geosiyasi əhəmiyyətə malik bəzi razılaşmalar dayandırıla bilər.

May ayında Səudiyyə Ərəbistanının neft gəlirləri keçənilki orta aylıq göstəricidən 60 faiz aşağı düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir