İqtisadiyyat

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

Sharing is caring!


Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bu, Vüqar Əliyevdir.

O, bundan əvvəl “PricewaterhouseCoopers” və KPMG beynəlxalq audit şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Bu təyinatla AMB-də sədrin müşavirlərinin sayı 2-yə çatıb. Qeyd edək ki, Mərkəzi Bankın sədrinin digər müşaviri Abdulla Kərim oğlu Məlik-Aslanovdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir