İqtisadiyyat

İqtisadiyyat nazirinin müavini Xaçmazda vətəndaşları qəbul edib – FOTO

Sharing is caring!


İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Xaçmaz şəhərində Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirlikdən verilən məlumata görə, vətəndaşların sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal və emal müəssisələrinin genişləndirilməsi və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal və emal müəssisələrinin genişləndirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir