İqtisadiyyat

Tatarıstan-Azərbaycan biznes forumu keçirildi – FOTO

Sharing is caring!


Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Tatarıstanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Tatarıstan-Azərbaycan biznes forumu keçirilib. 

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirak etdiyi tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi imkanları, Agentliyin yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib. 

Qeyd olunub ki, KOBİA-nın dəstək alətlərinə daxili bazarın araşdırılmasına maliyyə dəstəyinin göstərilməsi, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələrindəki layihələrinə qrantın ayrılması, KOB-ların ticarət şəbəkələrinə çıxışı, təlim və məsləhət xidməti, “Startap” şəhadətnaməsinin verilməsi, sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərilməsinin təşkili və s. daxildir. KOBİA iş adamları arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin icrası istiqamətində müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların müəyyən edilməsində lazımi dəstəyi göstərə bilər. 

Orxan Məmmədov onu da qeyd edib ki, KOBİA 2019-cu ildən etibarən “Rusiya – İslam dünyası: Kazan Sammiti”ndə aktiv iştirak edir. Növbəti sammitdə də iş adamlarından ibarət nümayəndə heyətinin iştirakı, tədbir çərçivəsində təşkil olunan sərgidə KOBİA və AZPROMO-nun birgə stendlə təmsil olunması və sahəvi görüşlərin keçirilməsi planlaşdırılır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir