İqtisadiyyat Manşetüstü

Azərbaycanın sığorta bazarı 20% böyüyüb

Sharing is caring!

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 22 sığorta şirkətinin xətti ilə 240,764 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Xəbəral.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 77,064 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 66,7% çoxdur.

2020-cu ilin yanvar-mart aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 32 manatı ödəniş edilib. 2019-cu ilin yanvar-mart aylarında bu göstərici 23 manat olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir