İqtisadiyyat

ETSN: “Muğanlı-İsmayıllı-Qəbələ yolunda torpaq sahəsinə və ağaclara dəyəcək zərər hesablanır”

Sharing is caring!


“Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması zamanı yaşayış sahəsinə zərər dəyməyəcək”.

APA xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi”nə dair hesabat tədbirində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin layihələrin və ekoloji normativ sənədlərin ekspertizası şöbəsinin müdiri Mübariz Əliyev deyib.

Onun sözlərinə görə, hazırda torpaq sahəsinə və ağaclara dəyəcək zərər hesablanır:

“Bu zərərə görə, layihənin icrası çərçivəsində dövlətdən ayrılan vəsait hesabına podratçı şirkət tərəfindən ödəniş təmin ediləcək. Məsələn, İsmayıllının Talıstan meşəsində 1433, Qalıncaq meşəsində 2135, Şahdağ milli parkı ərazisində 1795, Yenikənd meşəbəyiliyi ərazisində 544 ağac və digər ərazilər də daxil olmaqla cəmi meşə fondu üzrə 4918, milli parklar üzrə 1820 ağacın kəsilməsi və ya köçürüləcəyi məlum olub. Bunlar hamısı qiymətləndirilib hesablanacaq. Yekun rəydə göstəriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir