İqtisadiyyat

Əli Əsədov qiymət artımından danışdı – VİDEO

Sharing is caring!


Azərbaycanda istehlak qiymətləri idxal edilmiş inflyasiya hesabına artıb.

Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən deyib.

Baş nazirin sözlərinə görə, inflyasiya son illərdə bütün dünyada ciddi problemə çevrilib:

“O cümlədən, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahidə edilib, orta illik inflyasiya 20,4% olub. Bu proses ölkə daxilində də qiymətlərin ümumi səviyyəsinin artmasına təsir göstərib”.

Ə. Əsədov qeyd edib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib:

“Xüsusilə, ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22%-dən çox olub. Azərbaycandakı inflyasiya əsasən idxal edilib”.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir