İqtisadiyyat

Azərbaycanda tibbi maska istehsalı müəssisəsi açılır – VİDEO

Sharing is caring!

“Həm koronavirusun, həm dünya bazarlarında neftin qiymətlərinin dəyişməsindən irəli gələrək, biz il ərzində iqtisadi fəallığın dəstəklənməsi alətlərini araşdırırıq”.

Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov dilə gətirib.

Onun sözlərinə görə, bunlardan biri də yerli istehsalın artırılması, yerli istehsala əlavə sifarişlərin verilməsi, o cümlədən, dövlətin resurslarından, maliyyə vəsaitlərindən istifadə etməkdir.

Son vaxtlar istehlak bazarında tibbi vasitələrə, spirt və tibbi maskalara tələbatın artmasından söz açan nazir qeyd edib ki, hazırda bu məhsulların təchizatında heç bir problem yoxdur.

M.Cabbarov vurğulayıb ki, yaxın həftələrdə tibbi maskaların istehsalı üzrə müəssisə işə düşəcək:

“Ölkəmizdə irihəcmli tibbi maska istehsal edən müəssisələr fəaliyyətə başlayacaq. Avadanlıqlar alınıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir