İqtisadiyyat

Samir Rzayev: “AZAL tarixində ilk dəfə olaraq maliyyə ilini xalis mənfəətlə başa vurub”

Sharing is caring!

“AZAL-ın tarixində ilk dəfə olaraq aviaşirkət ötən ili ilkin nəticələrə görə beynəlxalq maliyyə standartlarına əsasən xalis mənfəətlə başa vurub”.

AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev AZƏRTAC-a müsahibəsində aviaşirkətin maliyyə vəziyyətinin sağlamlaşdırılmasından danışıb.

Qeyd edib ki, 2022-ci il maliyyə nəticələrinə görə AZAL üçün uğurlu olub. Həm xarici, həm də yerli kreditorlar qarşısında bir çox öhdəliklər icra olunub:

“Hava gəmisi parkının genişləndirilməsi və yenilənməsi ilə bağlı ötən il alınan  “Airbus A320Neo” tipli 3 hava gəmisi üçün daxili vəsaitlər hesabına ilkin ödənişlər və komissiya məbləğləri ödənilib” .

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir