İqtisadiyyat

Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər Azərbaycan manatını sabit saxlamaqdır”

Sharing is caring!

“Ölkənin əsas prioritet məsələlərindən biri 2026-cı ilə qədər Azərbaycan manatını sabit saxlamaq məsələsidir. Bu istiqamətdə 2022-ci il ərzində Azərbaycanın atdığı addımlar, neft-qaz sahəsində yeni layihələr, Avropanın bir çox ölkələri ilə, istər Serbiya, istərsə də digər ölkələrlə, o cümlədən Rumıniya, Bolqarıstan ilə qaz-neft sahəsində genişlənən əməkdaşlıqları misal göstərmək olar”.

Bu barədə Oxu.Az-a açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov Asiya İnkişaf Bankının yayımladığı proqnozlara münasibət bildirərkən deyib.

O bildirib ki, hesablamalara görə növbəti 3-4 il ərzində neftin və qazın qiymətlərində kəskin çökmə olmayacaq:

“Əlavə olaraq Azərbaycanın qeyri-neft sektorunda konkret olaraq atacağı addımlar, prezident tərəfindən qəbul olunmuş 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı proqramlar bunu deməyə əsas verir ki, 2026-cı ilə qədər ölkədə neft və qaz sektorundakı inkişaf, qazın satışı ilə üçün bağlanan müqavilələr, qaz tədarükünün Avropaya göndərilməsinin artırılması, o cümlədən qeyri-neft sektorundakı islahatlar manatın məzənnəsini sabit saxlamağa imkan verəcək. 

2026-cı ilə qədər təxmini hesablamalar göstərir ki, Azərbaycanın tədiyə balansında davamlı mənfi tendensiyanın yaranması ehtimalı azdır. Çünki neft-qaz sektorunda özündə müəyyən diversifikasiya həyata keçirildi. Bu günə qədər biz daha çox neftdən asılı idik, lakin hazırda 2022-ci ildə atılan addımlar və qazın Avropa bazarında satışının genişlənməsi bu sahədə müəyyən diversifikasiyanın gedişinə imkan verdi. Nəticə etibarilə atılan bütün addımlar 2026-cı ilə görə hesablanıb və hədəf götürülüb. Asiya İnkişaf Bankının qeyd etdiyi proqnoz reallığa yaxındır və Azərbaycan 2026-cı ilə qədər manatın məzənnəsinin sabit saxlamağı özünün əsas hədəfi kimi götürüb. Bu proqnozlar özünü doğruldacaq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir