İqtisadiyyat Manşetüstü

ABŞ-ın dövlət büdcəsinin kəsri 7 illik maksimumu yeniləyib

Sharing is caring!

Bu ilin yanvar-sentyabr aylarında ABŞ-da dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrünə nisbətən 6,1% artaraq 3,5 trilyon dollara yaxın, xərcləri isə 7,3% artaraq 4,4 trilyon dollardan çox olub.

XəbərAl.az  bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, son nəticədə büdcədə 984 milyard dollarlıq kəsir yaranıb ki, bu da son 7 ildə maksimum hədd olmaqla 1 il əvvələ nisbətən 26,3% çoxdur.

Hesabat dövründə büdcə kəsrinin ümumi daxili məhsula nisbəti isə 3,8% dən 4,1%-ə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir