İqtisadiyyat

AZCHEMCO və AZƏRBAZALT arasında Əməkdaşlıq Memorandumu imzalanıb – FOTO

Sharing is caring!

Azərbaycanın AZCHEMCO MMC şirkəti ilə AZƏRBAZALT MMC Elmi-İstehsalat Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Xatırladaq ki, bu ilin sentyabrında AZƏRBAZALT Çaykənd kəndində 10,8 hektar bazalt yatağı üzrə tenderin qalibi olub.

İmzalanan sənəddə tərəflər “Made in Azerbaijan” layihəsi çərçivəsində müxtəlif kimyəvi və üzvi məhsulların birgə istehsalı və satışı sahəsində həm Azərbaycanın daxili bazarı, həm də ixrac üçün əməkdaşlığın başlandığını təsdiqləyiblər. Şirkətlərin rəhbərliyi və mütəxəssislərinin fikrincə, bu birgə fəaliyyət Azərbaycana yeni innovativ məhsullarla dünya bazarlarına çıxmağa imkan verəcək.

AZCHEMCO MMC ölkəmizdə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasına dəstək vermək, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan keyfiyyətli aqrokimyəvi maddələrin, bitki mühafizəsi vasitələrinin və preparatlarının istehsalı, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılması istiqamətində ideya və layihələr yaradır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir