İqtisadiyyat

SOCAR Türkiyədə rəqəmsallaşmaya investisiyalarını genişləndirir

Sharing is caring!

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti rəqəmsal transformasiya sahəsinə qoyulan investisiyaların həcmini genişləndirir.

Bunu “Report”un yerli bürosuna açıqlamasında “SOCAR Türkiyə”nin Baş direktorunun Rəqəmsəl Transformasiya üzrə müavini Hakan İrgıt bildirib.

Onun sözlərinə görə, “SOCAR Türkiyə” yeni və çox vacib əhəmiyyətli layihəyə imza ataraq, şirkətin yeni layihəsi Türkiyənin ən qabaqcıl mobil operatoru olan “Turkcell” şirkəti ilə birlikdə həyata keçiriləcək:

“Bildiyiniz kimi, “SOCAR Türkiyə”nin Əliağa yarımadasındakı yatırımlarımız və sərmayə həcmi olduqca genişdir. Məhz bu mənada yeni layihəmizin məqsədi burada xüsusi mobil operator infrastrukturu quraraq, bundan sonra reallaşdıracağımız rəqəmsal transformasiya işlərimizi dəstəkləyən xüsusi mobil şəbəkə formalaşdırmaqdır”.

Şirkət rəsmisi “Turkcell” ilə bərabər gerçəkləşdirilməsini nəzərdə tutan layihənin böyük ümid doğurduğunu vurğulayıb:

“Hesab edirik ki, bu yeni layihə müasir texnoloji çağırışlara uyğun rəqəmsal transformasiyanın əhatə dairəsini genişləndirəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir