İqtisadiyyat

“Startap” şəhadətnaməsi hansı üstünlüklər yaradır?

Sharing is caring!

Startap böyümə və inkişaf perspektivlərinə malik olan müxtəlif layihələrə və yeni təşəbbüslərə verilən addır. İlk dəfə ingiliscə istifadə edilən “Startup” (başlamaq) sözünün azərbaycanca lüğəti mənası daha çox, “biznesdə yeni təşəbbüs” kimi ifadə olunur.

Oxu.Az xəbər verir ki, dünya təcrübəsində startapların dəstəklənməsində müxtəlif institutlar  –  universitetlər, biznes məktəbləri, texnoparklar, qrant proqramları, fondlar, biznes inkubatorları, akseleratorlar və s. iştirak edir. Bu cür qurumların birgə fəaliyyəti yeni startapların formalaşması və inkişafına şərait yaradır. Azərbaycanda da startaplara müxtəlif dəstək mexanizmləri tətbiq edilir. Ümumiyyətlə, kiçik və orta biznes subyektləri (KOB), o cümlədən startaplar üçün biznes biliklərinin artırılması, daxili bazar araşdırması, ticarət şəbəkələrinə çıxışa, sərgilərdə iştiraka dəstək, qrant müsabiqələrinin keçirilməsi və s. buna misal göstərilə bilər.    

 Belə dəstək mexanizmlərindən biri isə “Startap” şəhadətnamələrinin verilməsidir. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. İndiyədək İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 74 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Hazırda da “Startap” şəhadətnaməsinin verilməsi prosesi davam edir. Belə ki, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:

https://smb.gov.az/az/nav/startap-sehadetnamesi 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir